Almaniya səfiri Azərbaycanda jurnalistlərin həbsinə reaksiya verib

11.12.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycanda jurnalistlərin həbsindən  narahatlığını ifadə edib.

Gununsesi.info xəbər verir ki, almaniyalı diplomat deyib:

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsini həyata keçirmək + insan hüquqlarını müdafiə etmək üçün insan hüquqlarının pozulduğu yerlərə kameralar+mikrofonlar yerləşdirməliyik.

Mətbuat azadlığı insan hüquqları sahəsində vəziyyətin indikatoru olduğuna görə, biz bütün dünyada, o cümlədən Azərbaycanda jurnalistlərə qarşı zorakılıq+repressiyalardan narahatıq”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью