Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Gəncəyə səfəri çərçivəsində məktəb və universitetlərdə çalışan alman dili müəllimləri, eləcə də Gəncə Dövlət Universitetinin tələbələri və könüllüləri ilə görüşüb.
Gununsesi.info bildirir ki, bu barədə adıçəkilən ölkənin səfirliyinin məlumatında bildirilir:
“Bizi xüsusilə sevindirən məqamlardan biri görüşün iştirakçıların yüksək dil bacarıqları sayəsində tamamilə alman dilində keçirilməsi oldu! Səmimi və qonaqpərvər atmosferdə iştirakçılar alman dilini öyrənmək və tədris etməklə bağlı şəxsi təcrübələrini, təəssüratlarını və hekayələrini bölüşdülər.
Azərbaycandakı diplomatik fəaliyyət müddətinin başa çatmasına az qalmış səfir Gəncəyə son səfərini müəllimlərə, tələbələrə və könüllülərə regionda alman dilinin inkişafına verdikləri dəyərli töhfələrə və aktiv fəaliyyətlərinə görə təşəkkür etmək fürsəti kimi qiymətləndirdi.
Bu cür görüşlər bir daha göstərir ki, dil sadəcə ünsiyyət vasitəsi deyil — o, insanları, mədəniyyətləri və fərqli baxış bucaqlarını bir araya gətirən körpüdür”.
Firuzə Mahmudova
Gununsesi.info