Almaniya səfirini Gürcüstandan geri çağıracaq

19.10.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

XİN Fişeri gələcək addımlarla bağlı məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib

Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin səfirini Gürcüstandan geri çağıracaq. AYNA.AZ bu barədə xarici mediaya istinadən bildirib.

"Bir neçə aydır ki, Gürcüstan rəhbərliyi Avropa İttifaqına (Aİ), Almaniyaya və şəxsən Almaniya səfiri Ernst Peter Fişere qarşı sərt çıxışlar edir. Buna görə də Almaniya Xarici İşlər Nazirliyi səfir Fişeri gələcək addımlarla bağlı məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - bəyanatda deyilir.

Qeyd olunub ki, Aİ Xarici Əlaqələr Şurası Gürcüstanla bağlı məsələyə oktyabrın 20-də baxacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью