Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11.12.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Almaniya üzərində qeydə alınan kütləvi dron uçuşları ilə Baltik dənizində Rusiyaya bağlı yük gəmiləri arasında əlaqə mövcuddur”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə ölkənin “BILD”, “WELT” və “Axel Springer Academy” nəşrləri çıxış edib.

Almaniya təhlükəsizlik orqanlarının gizli hesabatlarına görə, ilin əvvəlindən bəri 1072 insident və 1955 naməlum dron uçuşu qeydə alınıb. Ən çox dron Bundesverin hərbi obyektləri, NATO poliqonları və kritik infrastrukturlar üzərində müşahidə olunub.

“BILD”in məlumatına görə, dron aktivliyi olan ərazilərdə hərəkət edən gəmilərin naviqasiya trayektoriyaları araşdırıldıqda heyrətamiz üst-üstə düşmələr aşkar edilib. Məsələn, 16 mayda Rusiya yük gəmisi “Lauga” yaxınlığında yeddi dron görünüb. Bir neçə gün sonra gəmiyə Belçikada baxış keçirilib, lakin heç bir qanunsuz əşya aşkar edilməyib.

Oxşar hallar “HAV Snapper” və “HAV Dolphin” gəmilərində də baş verib. Formal olaraq Norveç şirkətinə məxsus olan bu gəmilər bir neçə dəfə Kalininqraddakı “Pregol” gəmi təmir zavodunda baxımdan keçib – bu müəssisə Rusiya hərbi strukturları ilə bağlıdır.

Məhz bu iki gəminin hərəkət etdiyi dövrlərdə Almaniya Kiel körfəzi üzərində kütləvi dron sürülərini qeydə alıb.

Körfəzdə “ThyssenKrupp Marine Systems” və digər hərbi obyektlər yerləşir.

Avropa xüsusi xidmət orqanları jurnalistlərin sorğusuna cavab olaraq “HAV Snapper” və “HAV Dolphin” gəmilərini yüksək ehtimalla Rusiyanın maraqlarında fəaliyyət göstərirlər. Almaniya Federal Daxili İşlər Nazirliyi də bəyan edib ki, bəzi dron uçuşlarında xarici dövlət strukturlarının iştirakı ehtimalı var.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью