Almaniya Şengen zonasından çıxacaq, sərhədlərini bağlayacaq

24.08.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bunu ifrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının lideri Alis Vaydel ZDF-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, liderlik etdiyi siyasi təşkilat hakimiyyətə gələrsə, bu addımları atacaq.

A.Vaydel AfD-nin federal səviyyədə səs çoxluğu qazanacağı təqdirdə avro sistemindən çıxacağını bildirib. O, bunun səbəbini avronun qeyri-sabit və yumşaq valyuta olması ilə əsaslandırıb.

Siyasətçinin fikrincə, Almaniya avroya keçməmişdən əvvəl daha yaxşı iqtisadi vəziyyətdə idi:

“Avronun tətbiqindən sonra ölkədə yoxsulluq geniş yayılmağa başlayıb”.

Partiya sədri həmçinin immiqrasiya siyasəti ilə bağlı güclü mesajlar verərək Almaniyanın sərhədlərini bağlayacağını bildirib.

“Açıq sərhədlər var, hər kəs içəri girə bilər. Daxili təhlükəsizlik bundan əziyyət çəkir. Biz bunu çox açıq şəkildə deyirik: Sərhədləri bağlayacağıq”, - alman siyasətçi söyləyib.

Almaniyanın qaçqın siyasətini də tənqid edən A.Vaydel, ölkədə yaşayan suriyalıların geri göndərilməsini təklif edib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью