Almaniya silah ixracatında rekordunu yeniləyib

22.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Almaniya hökuməti keçən il təxminən 13,33 milyard avro dəyərində silah və hərbi texnikanın ixracına icazə verib. 

Bakıvaxtı.az DPA-ya istinadla xəbər verir ki, Sol Partiyanın parlamentdəki sualını cavablandıran Almaniya İqtisadiyyat və İqlim Mühafizə Naziri bu barədə bildirib.

Beləliklə, Almaniya 2024-cü ildə silah və hərbi texnika satışı üzrə rekord qırıb.

Berlin administrasiyasının 2023-cü ildə silah və hərbi texnika satış rekordu 12,13 milyard avro təşkil edib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью