Almaniya silahlı qüvvələri şəxsi heyətinin sayı son 12 ilin ən yüksək səviyyəsinə 184.200 …
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir. Almaniya silahlı qüvvələri şəxsi heyətinin sayı son 12 ilin ən yüksək səviyyəsinə - 184.20
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius DPA xəbər agentliyinə açıqlama verib.
"Çağırış dayandırıldıqdan bəri ən yaxşı işə qəbul nəticələrimiz var.
Bundan əlavə, aktiv qoşunların sayı son 12 ilin ən yüksək səviyyəsinə çatıb", - Pistorius bildirib.
Onun sözlərinə görə, bu rəqəm 31 dekabr 2025-ci il tarixinə təxminən 3000 hərbi qulluqçunun artımını əks etdirir.
Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, 2025-ci ildə orduda xidmət edən könüllülərin sayı 2024-cü ildəki 10300 nəfərlə müqayisədə 12200 nəfərə çatıb.
Bu, 18%-dən çox artımdır. Lakin hədəf 15000 könüllü idi. Bu rəqəmin 2026-cı ildə 20000 nəfərə çatacağı gözlənilir.
Pistorius şəxsi heyətin artımını Bundesverə olan böyük etimadın əlaməti adlandırıb.
Tam oxu
Xəbəri oxu