Almaniya şirkətlərinin Azərbaycanda biznes tərəfdaşlığının gücləndirilməsi müzakirə olunub

18.11.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, biznes tərəfdaşlığının gücləndirilməsi və bərpaolunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanları müzakirə olunub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov COP29 çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə görüşüb. Tərəflər bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Almaniyanın Şərqi Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə COP29 çərçivəsində təşkil olunmuş “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqunun keçirilməsinin əhəmiyyətinə toxunub, ölkələrimiz arasında sənaye, ticarət, investisiyaların təşviqi və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafını vurğulayıblar.

Görüşdə ölkəmizdə keçirilən COP29 çərçivəsində irəli sürülən əsas təşəbbüslər barədə məlumat verilib. Azərbaycanın qlobal təşəbbüslərə töhfələri və həyata keçirilən “yaşıl” layihələr yüksək qiymətləndirilib.

Tərəflər iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью