Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Futbol üzrə dünya çempionatında E qrupunda üçüncü mərhələnin oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, Ekvador-Almaniya matçı cənubi amerikalıların qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu 2-ci dəqiqədə Almaniyanın hücumçusu Leroy sane vurub. 9-cu dəqiqədə Nilson Anqulo Noyerin qoruduğu qapıdan qol keçirib. 77-ci dəqiqədə Qonzalo Plata Ekvadorun qələbə qolunu vurub - 2:1.
E qrupunun digər oyununda Fil Dişi Sahili Kürasaonu 2:0 hesabı ilə məğlub edib. Hər iki qolun müəllifi Nikolas Pepe olub.
Bununla da Almaniya qrupu 6 xalla birinci, Fil Dişi Sahili 6 xalla ikinci, Ekvador 4 xala üçüncü, Kürasao isə 1 xalla dördüncü pillədə başa vurub. Beləliklə, Almaniya, Fil Dişi Sahili və Ekvador dünya çempionatında mübarizəni davam etdirəcəklər.
T.İSMAYIL