Almaniya superkubokuna onun adı verildi

11.12.2024

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Futbol üzrə Almaniya superkubokunun adı dəyişdirilib.

“Qafqazinfo” “Bild”ə istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı və Almaniya Futbol Liqası qərar çıxarıblar.

Turnir Frans Bekkenbauer kuboku adlanacaq.

Qeyd edək ki, 2025-ci il avqustun 16-da turnirin qalibi müəyyənləşəcək. Burada ölkə kubokunun qalibi ilə Bundesliqa çempionu üz-üzə gələcək.

Almaniya yığmasının əfsanəvi oyunçusu 2024-cü il yanvarın 7-də vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью