Almaniya Superkubokunun adı Frans Bekkenbauerə görə dəyişdirilib

11.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Futbol üzrə Almaniya Superkubokunun adı dəyişdirilib.

"Report" "Bild"ə istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı və Almaniya Futbol Liqası qərar çıxarıblar.

Turnir Frans Bekkenbauer Kuboku adlanacaq.

2025-ci il avqustun 16-da turnirin qalibi müəyyənləşəcək. Burada ölkə kubokunun qalibi ilə Bundesliqa çempionu üz-üzə gələcək.

Qeyd edək ki, Almaniya yığmasının əfsanəvi oyunçusu 2024-cü il yanvarın 7-də vəfat edib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью