Almaniya Suriya üzrə nümayəndə təyin etdi

11.12.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın Xarici İşlər Nazirliyi dövlət naziri Tobias Lindneri Suriya üzrə nümayəndə təyin edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib.

O qeyd edib ki, söhbət Suriya tərəfi ilə qarşılıqlı fəaliyyət kanallarının inkişafından gedir.

"Bu, həm də o deməkdir ki, biz Suriyada hadisələrin gələcək inkişafı fonunda diplomatik mövcudluğumuzu genişləndirəcəyik. Məhz buna görə də mən bu gün Xarici İşlər Nazirliyinin Suriya üzrə xüsusi əlaqələndiricisini təyin etdim", - nazir vurğulayıb.

A.Berbok, həmçinin qeyd edib ki, Almaniya suriyalılara humanitar yardımın göstərilməsi üçün 8 milyon avro ayıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью