Almaniya suriyalıların sığınacaq müraciətlərinə

09.12.2024

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı departamentin nümayəndəsinə istinadən məlumat yayıb.
Peskov: "Əsədə sığınacaq verilməsi Putinin qərarıdır" Onun sözlərinə görə, Suriyadakı mövcud vəziyyətlə əlaqədar BAMF dekabrın 9-da yerli əhalinin sığınacaq müraciətlərinə baxılmasını dərhal dayandıracağını bəyan edib. Departament nümayəndəsi qeyd edib ki, hazırda Suriyada vəziyyət qeyri-müəyyəndir və hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq çətinləşib. Bu səbəbdən də daxil olan müraciətlərlə bağlı ciddi qərarlar qəbul etmək mümkün deyil.
Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti devrilib. Onun Moskvaya qaçdığı bildirilir. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью