Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankf
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə nəticəsində 11 nəfər yaralanıb.
Alman mətbuatının məlumatına görə, 39 sərnişini olan “Boeing 747-8” təyyarəsi Atlantika səması üzərində güclü turbulentliklə üzləşib.
Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir. Təyyarə endikdən sonra yaralılar xəstəxanaya göndərilib.
“Lufthansa” səlahiyyətliləri heç bir uçuş təhlükəsizliyi probleminin olmadığını bildiriblər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.