Almaniya təyyarəsi turbulentliyə düşdü Xəsarət alanlar var

12.11.2024

Manset saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan təyyarəsi güclü turbulentliyə (hava burulğanı - red) düşüb.

Manset.az Report-a mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb. Alman mətbuatının məlumatına görə, 39 sərnişini olan “Boeing 747-8” təyyarəsi Atlantika səması üzərində güclü turbulentliklə üzləşib. Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir.

Təyyarə endikdən sonra yaralılar xəstəxanaya göndərilib. “Lufthansa” səlahiyyətliləri heç bir uçuş təhlükəsizliyi probleminin olmadığını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью