Almaniya təyyarəsi turbulentliyə düşüb, xəsarət alanlar var AzPolitika onlayn siyasiictima…
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan təyyarəsi güclü turbulentliyə (hava burulğanı - red) düşüb.Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.Məlumata görə, hadisə nəticəsində 11 nəfər yaralanıb.
Alman mətbuatının məlumatına görə, 39 sərnişini olan “Boeing 747-8” təyyarəsi Atlantika səması üzərində güclü turbulentliklə üzləşib.
Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir.Təyyarə endikdən sonra yaralılar xəstəxanaya göndərilib.
“Lufthansa” səlahiyyətliləri heç bir uçuş təhlükəsizliyi probleminin olmadığını bildiriblər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu