Almaniya Tramp planına etiraz edir

21.11.2025

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Almaniya hakimiyyəti ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlsnması ilə bağlı təklif etdiyi planının həyata keçirilməsinə mane olmaq niyyətindədir.

 Berlinin Tramp planına müqavimətinin əsas səbəblərindən biri, təkliflərin hazırlanması zamanı  Avropa və Ukrayna ilə məsləhətləşməməsidir. 

 Almaniya Fedarativ Respublikasının niyyəti Ağ Evə təyziq göstərmək, Vaşinqtonun ən yüksək səviyyəli rəhbərləriylə görüşüb,  Vaşinqtonun atdığı addımların Avropa üçün ağır  nəticələr verə biləcəyi barədə məlumatlandırmaqdır. 

 Xatırladırıq ki, Ukrayna XİN-nin rəhbəri Andrey Cibiqa daha əvvəl avropalı həmkarlarına şikayətlənərək, Tramp planından narazılığını bildirmişdi.

 Rüstəm Hacıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью