Almaniya üçün ən böyük təhdid: Mask ikinci yerdədir

10.01.2025

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikalı milyarder İlon Mask Almaniyanın demokratik sisteminə təhlükə yaradan şəxslər və təşkilatlar siyahısında ikinci yeri tutur.

Publika.az xəbər verir ki, bu barədə "Frankfurter Rundschau" nəşri məlumat yayıb.

“İlon Mask Almaniyanın demokratik sisteminə təhdidlər reytinqində ikinci yerdədir”, - nəşr qeyd edib.

Xatırladaq ki, amerikalı iş adamı bundan əvvəl Almaniyanın hazırda kritik mərhələdə olduğunu bildirmişdi. O, həmçinin ölkənin mədəni və iqtisadi gələcəyinin çöküşün astanasında olduğunu əlavə edib.

Mask eyni zamanda Almaniya üçün Alternativ partiyasını dəstəklədiyini bildirib və onu ölkə üçün “son ümid qığılcımı” adlandırıb.

Adəm Abbaslı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью