Almaniya Ukrayna ordusuna 11,5 milyard avro yardım edəcək

14.11.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Almaniya Bundestaqının Büdcə Komitəsi Ukraynaya 11,5 milyard avro maliyyə yardımı nəzərdə tutan 2026-cı il büdcə layihəsini təsdiqləyib.

Ölkə.az DPA agentliyinə istinadən xəbər verir ki, Almaniya hökuməti ilkin olaraq 2026-cı il üçün Ukraynaya 8,5 milyard avro yardım ayırsa da, lakin hakim koalisiya sonda əlavə 3 milyard avro ayırmağa qərar verib. 

Nəşrin yazdığına görə, ayrılacaq vəsait artilleriya təchizatının, PUA-ların, zirehli personal daşıyıcılarının tədarükünə və iki Patriot sisteminin “əvəz edilməsinə" yönələcək. 

Müdafiə Nazirliyi qeyd edib ki, bu, Almaniyanın indiyə qədər Ukraynaya ayırdığı ən böyük yardımdır.

Büdcə Komitəsinin iclası təxminən 15 saat davam edib və noyabrın 14-də səhər saat 5:00-da başa çatıb. Almaniyanın büdcə xərcləri 524,5 milyard avro təşkil edəcək ki, bu da əvvəlcə planlaşdırıldığından 4 milyard avro çoxdur. Hökumət bu xərclərin 180 milyard avrodan çoxunu borclanmasına, o cümlədən ölkənin silahlı qüvvələri üçün müdafiə infrastrukturunu maliyyələşdirməyi planlaşdırır. 

Bundestaqın noyabrın 25-28-nə planlaşdırılan sessiyalarda büdcə qanun layihəsinə səsverməsi gözlənilir.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью