Almaniya Ukraynanı silahlandıracaq

24.07.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Almaniya Ukraynaya yeni silahlar verəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful “Zeit” nəşrinə verdiyi müsahibədə deyib.

Vadefulun sözlərinə görə, Ukrayna özünü müdafiə etmək hüququna malik olmaqla yanaşı, cavab tədbirləri görmək imkanına da sahib olacaq.

“Ukraynanın Rusiya ərazisinə təsir göstərmək imkanı da olacaq, lakin biz sizin nəşr vasitəsilə Putinə Ukraynaya hansı silah sistemlərini verdiyimizi açıqlamayacağıq”, - deyə o vurğulayıb.


Lalə,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью