Almaniya Ukraynaya 5 milyard avro yardım ayırdı

28.05.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya Ukraynaya 5 milyard avro dəyərində yeni hərbi yardım göstərməyə razılıq verib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Almaniya müdafiə naziri Boris Pistorius və Ukrayna müdafiə naziri Rüstəm Umerov Berlində Ukrayna istehsalı olan uzaqmənzilli silahların tədarükünün maliyyələşdirilməsinə dair saziş imzalayıblar.

Bundan əlavə, Ukrayna ilə Almaniyanın hərbi sənayesi arasında da müqavilə imzalanıb.

Ukrayna Silahlı Qüvvələrinə yeni dəstəyin ümumi məbləği təxminən 5 milyard avro təşkil edəcək. Maliyyə Bundestaq tərəfindən artıq təsdiqlənmiş vəsaitdən ayrılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью