Almaniya Ukraynaya 650 milyon avro dəyərində hərbi yardım edəcək

02.12.2024

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya Ukraynaya 650 milyon avro məbləğində hərbi yardım etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bunu bu gün  Ukraynaya səfərə gələn Almaniya kansleri Olaf Şolz deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı məlumat veriləcək.

Bildirilib ki, hərbi yardım paketi dekabrın sonuna qədər veriləcək.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün 2,5 ildə ilk dəfə Kiyevə gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью