Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya Rusiyanın hücumlarına qarşı özünü müdafiə edə bilməsi üçün Ukraynaya dəstəyini davam etdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir Cənubi Qafqazın Avropa üçün perspektivli region olduğunu və Azərbaycanın burada aparıcı rol oynadığını bildirib.
O, Azərbaycanla əməkdaşlığın əhəmiyyətinə toxunaraq Ukraynaya göstərilən dəstəyə görə də rəsmi Bakıya təşəkkür edib.
Zeynəb Rzayeva