Almaniya Ukraynaya əlavə 200 milyon avro yardım ayıracaq

05.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Almaniya qışdan əvvəl Ukraynaya əlavə 200 milyon avro yardım edəcək.

Publika.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə səfəri zamanı deyib.

Onun sözlərinə görə, vəsait Almaniya Xarici İşlər Nazirliyi tərəfindən ayrılan təcili humanitar yardımın artırılmasına yönəldiləcək ki, cəbhə xəttinə yaxın və enerji təchizatı olmayan evlər də yanacaq ala bilsin və ukraynalılar lazım olan hər şeylə, xüsusən də yorğanlarla təchiz olunsunlar.

Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью