Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniya kansleri Fridrix Merts Avropa İttifaqına (Aİ) üzv bütün ölkələr Ukraynaya maliyyə dəstəyi göstərmək öhdəliyi götürməsə, qurumun növbəti yeddiillik büdcəsini bloklayacağını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, Merts Avropa Şurasının rəhbəri Antoniu Koştaya ünvanladığı məktubda 2028–2034-cü illəri əhatə edən Aİ büdcəsinə razılığını bütün üzv dövlətlərin 2027-ci ildə və sonrakı illərdə Ukraynanın maliyyələşdirilməsində iştirak etməsi şərti ilə əlaqələndirib.
“Hamımızın, istisnasız olaraq, bu kəsirin aradan qaldırılmasına ədalətli töhfə verəcəyimizlə bağlı kollektiv öhdəlik məsələnin həlli və xüsusilə maliyyə nəticələri ilə bağlı digər mövzuların müzakirəsi üçün zəruri şərtdir. Bundan sonra 2028-ci ildən etibarən Ukraynanın maliyyələşdirilməsini etibarlı və uzunmüddətli perspektivdə təmin edəcək, bütün üzv dövlətlərin dəstəklədiyi həll yolu tapmalıyıq”, – deyə Merts vurğulayıb.
Qeyd edək ki, Ukraynanın 2027-ci il üçün maliyyələşmə çatışmazlığı 70 milyard avro təşkil edir.
Bizim.Media