Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri, yəni 2022-ci ilin fevralından indiyə qədər Almaniya Ukraynaya çoxlu sayda silah və hərbi təyinatlı texnika verib.
Sfera.az xəbər verir ki, “Defence Express” nəşri təxminən 3 il ərzində Almaniyanın Ukraynaya verdiyi silahların siyahısını dərc edib.
Araşdırmaya görə, Almaniya Ukraynaya döyüş sursatı və komponentləri ilə birlikdə 18 ədəd “Leopard” 2A6 tankı, 103 ədəd “Leopard” 1A5 tankı, 140 ədəd “Marder” piyadaların döyüş maşını və onun ehtiyat hissələrini, 66 ədəd adı açıqlanmayan zirehli personal daşıyıcısı, 54 ədəd M113, 78 ədəd tırtıllı BV 206 nəqliyyat vasitəsi, 153 ədəd digər zirehli texnika və 277 ədəd hərbi avtomobil verib.
Ukrayna Almaniydan çoxlu sayda artilleriya vasitəsi də alıb.
Komponentlərlə birlikdə 25 ədəd PzH 2000 özüyeriyən silah sistemi, 7 ədəd M109 özüyeriyən artilleriya vasitəsi, 2 ədəd “Zuzana” özüyeriyən silah, 3 ədəd M142 HIMARS raket sistemi, 5 ədəd MARS II raket sistemi, 358 min ədəd 155 mm-lik sursat, 15 min ədəd 120 mm minaatan Ukraynaya çatdırılıb.
Almaniya son 3 il ərzində mühəndis texniki vasitələri də verib.
Bu dövrdə 22 ədəd ARV, 27 ədəd BIBER körpüqurucu, 57 ədəd “WISENT 1” minatəmizləmə maşını, 12 ədəd mühəndislik tankı olan “Dachs”, eləcədə 20 min ədəd tank əleyhinə mina ayrılıb.