“Almaniya Ukraynaya qoşun göndərə bilər”

04.12.2024

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Kiyev ilə Moskva arasında atəşkəs əldə olunarsa, Almaniya öz qoşunlarını Ukraynada yerləşdirə bilər”.

Missiya.Az “Berliner-Zeitung”a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok NATO-nun Brüsseldə keçirilən toplantısı zamanı deyib.

O, bildirib ki, Almaniya uzunmüddətli sülhə töhfə verəcək bütün təşəbbüsləri, o cümlədən təhlükəsizlik zəmanətləri, beynəlxalq sülhməramlı missiyalar və ya Ukraynaya artan hərbi yardımı dəstəkləməyə hazırdır.

Onun sözlərinə görə, alman əsgərlərinin mövcudluğu yalnız həqiqi barışıq əldə olunarsa mümkün olacaq.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью