Almaniya üzərində qələbə Paraqvayda bayram kimi qeyd olundu

30.06.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Paraqvay prezidenti Santyaqo Pena milli komandanın Dünya Kubokunun 1/8 finalına yüksəlməsi şərəfinə 30 iyun tarixini tətil elan edib.

Moderator.az xəbər verir ki, o, bunu X hesabında açıqlayıb: "Paraqvay heç vaxt təslim olmur. Bu gün xüsusi bir gündür!"

Qeyd edək ki, Paraqvay 1/8 finalda Almaniyanı məğlub edib. Matç əsas və əlavə vaxtdan sonra 1-1 hesablı heç-heçə ilə başa çatıb. Paraqvay penaltilər seriyasında 4-3 hesabı ilə qalib gəlib.

1/8 final mərhələsində Paraqvay Fransa-İsveç matçının qalibi ilə oynayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью