Almaniya üzrə əcnəbi əməkdaşların sayı 25 faizdən çoxdur

29.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyada bütün sahələrdə çalışan əcnəbi əməkdaşların sayı 27 faizi keçib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə bəzi sahələrdə bu göstərici hətta yarıdan çoxdur. Məsələn, aşpazların 56 faizi, qida istehsalı sənayesində işləyənlərin 55 faizi, meşə təsərrüfatı və ət istehsalı sahəsində çalışanların 51 faizi gəlmələrdir. İdarənin hesabatında iqtisadiyyatın vacib sahələrini, məsələn, səhiyyə, hotel, restoran və tikinti sektorunu onlarsız təsəvvür etməyin çətin olduğu da vurğulanır.

Qeyd edək ki, bəzi sahələrdə əməkdaşların böyük əksəriyyətinin yerlilərin olduğu da bildirilir. Belə ki, xilasedicilərin 93, kənd təsərrüfatı sektorunda çalışanların 85 faizi almanlardır.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью