Almaniya və ABŞ liderlərinin görüşündə Ukraynadakı müharibə və NATO nun müdafiə xərclərini…
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq. Berlin, 6 iyun, AZƏRTAC Almaniya Kansleri Fridrix Mertsin ABŞ-a səfəri çərçivəsində Ağ Evd
AZƏRTAC xəbər verir ki, görüşdə Fridrix Merts ABŞ-ın Almaniya üçün tarixi əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: “Amerikalılara çox şey
Donald Tramp isə Almaniya Kanslerinin nüfuzlu şəxsiyyət olduğunu qeyd edərək iki ölkə arasında sıx əməkdaşlığın davam edəcəyini vurğulayıb.
Liderlərin media nümayəndələrinə açıqlamalarında Ukraynadakı müharibə və NATO-ya üzv ölkələrin müdafiə xərclərinin artırılması məsələləri diqqət mərkəzində olub.
ABŞ Prezidenti Almaniyanın NATO-ya töhfələrini artırmasından məmnunluğunu ifadə edərək, Ukraynada müharibənin qısa müddətdə başa çatmasına ümid etdiyini bildirib.
Merts isə Rusiya-Ukrayna müharibəsinin başa çatmasında ABŞ Prezidentinin mövqeyinin önəmini qeyd edib.Həmçinin Fridrix Merts görüşdə Donald Trampa babası Fridrix Trampın Almaniyada doğulmasına dair şəhadətnamənin bir nüsxəsini hədiyyə edib.
Donald Tramp həmin sənədi Ağ Evdəki Oval Ofisin divarından asacağını bildirib.Kansler ABŞ Prezidenti ilə görüşü barədə alman mediasına şərhində Donald Trampın onun dəvətini qəbul edərək Almaniyaya səfərə gəlməyə razılıq verdiyini bildirib.
Fridrix Merts Vaşinqtona ilk səfəri zamanı onun üçün əsas mövzunun Rusiya-Ukrayna müharibəsi olduğunu bildirib.
Tam oxu
Xəbəri oxu