Almaniya və Danimarka məktəblərində bomba həyəcanı

24.11.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən Almaniya və Danimarkada yüzlərlə məktəbin elektron poçtuna qorxu dolu məktublar göndərilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, məktubların hamısının məzmunu eyni olub.

Belə ki, naməlum şəxslər məktəbləri partladacaqlarını bildiriblər. Təkcə Almaniyada 450 məktəbə belə məktub daxil olub. Almaniya polisi buna rəğmən belə bir təhlükənin olmaması barədə açıqlama verib.

Danimarka hüquq-mühafizə orqanları da eyni bəyanatla çıxış ediblər. Onlar da məktəblərin partladılması barədə hansısa əsasən olmadığını bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl analoji hal İtaliyada yaşanmışdı. 6 minə yaxın məktəbin elektron poçtuna göndərilmiş məktub ölkədə tədris prosesinə ciddi zərbə vurmaqla yanaşı, hüquq-mühafizə orqanlarının genişmiqyaslı axtarış həyata keçirməsinə səbəb olmuşdu. Yeri gəlmişkən, yüzlərlə Şimali İrlandiya və Şotlandiya məktəblərinə də bir müddət əvvəl eyni məzmunlu məktublar göndərilib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью