Almaniya və Finlandiya dənizaltı rabitə kabelinin zədələnməsini araşdırır

18.11.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Almaniya və Finlandiya Baltik dənizində dənizaltı rabitə kabelinin zədələnməsini araşdırır.

APA xəbər verir ki, bu barədə tərəflərin birgə bəyanatında məlumat yer alıb.

Bildirilib ki, faktla bağlı hərtərəfli araşdırma aparılır.

Bundan öncə “Ilta-Sanomat” qəzeti Finlandiya ilə Almaniya arasında Baltik dənizinin dibi ilə çəkilmiş telekommunikasiya kabelinin qırıldığına dair məlumat yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью