Almaniya və Fransa hərbi ittifaq yaradır VİDEO

07.05.2025

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Fransa prezidenti Makron bu barədə Yelisey sarayında Almaniya kansleri Fridrix Mertslə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz ümumi strateji təhdidlərimizə operativ cavab tədbirləri hazırlamaq üçün müntəzəm toplaşacaq Fransa-Almaniya Müdafiə və Təhlükəsizlik Şurası yaradacağıq”, - Emmanuel Makron deyib.
Fridrix Merts, öz növbəsində, bildirib ki, Avropa İttifaqının (Aİ) bütün üzvləri birliyin potensialındakı boşluqları doldurmaq və Ukraynaya fasiləsiz dəstəyi təmin etmək üçün müdafiə xərclərini artırmalıdır.
- Yalnız bu yolla biz potensialımızdakı boşluqları tədricən aradan qaldıra və Ukraynanı kollektiv şəkildə dəstəkləyə bilərik”, - Almaniyanın yeni kansleri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью