Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“22 yanvar 1963-cü ildə Almaniya və Fransa arasında Yelisey Müqaviləsi imzalandı. Bu sənəd Avropada barışıq və sülhün bərqərar olması yolunda tarixi dönüş nöqtəsi oldu və onun təsiri bu gün də öz bəhrəsini verməkdə davam edir”.
Gununsesi.info xəbər verir ki, bu barədə hər iki ölkənin Bakıdakı səfirliklərinin açıqlamasında deyilir.
“Eyni zamanda öyrəndik ki, barışığa aparan yol heç də qısa deyil — bəzən arxamızdakı Nizami küçəsi qədər uzun və səbir tələb edəndir. Bu gün biz burada ölkələrimizin səfirləri olaraq barışığın mümkün olduğunu nümayiş etdirmək üçün birgə dayanırıq. Ermənistan və Azərbaycan arasında da sülhə doğru ilk addımlar atılıb. Hər bir addım dəyərlidir və gələcək üçün ümid yaradır”.
Firuzə Mahmudova