Almaniya və Fransa XİN başçıları Dəməşqdə səfərdədir

03.01.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniya xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Suriyanın paytaxtı Dəməşqdə səfərdədir.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X hesabında yazıb.

XİN başçılarının AB-ni təmsil etdikləri vurğulanıb.

K.Kallas Suriyanın yeni rəhbərliyinə mesajlarını da çatdırıb:

"Regional aktorlarla razılaşdırılmış prinsiplərə hörmət etmək və bütün mülki şəxslərin, eləcə də azlıqların müdafiəsini təmin etmək son dərəcə vacibdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью