Almaniya və Fransada böhrandır, Gürcüstanda hər şey yaxşıdır Kobaxidze

17.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

“Gürcüstanda hər şey yaxşıdır, bəzi Avropa ölkələrindən fərqli olaraq parlament işləyir, hökumət çalışır, prezident dekabrın 29-da vəzifəsinin icrasına başlayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, böhranın olduğu Almaniya və Fransadan fərqli olaraq Gürcüstanda vəziyyət başqadır.

“Avropa İttifaqındakı bəzi məmurların adaptasiya ola bilmədikləri məhz budur. Məhz sabitlik onları belə qıcıqlandırır”, - baş nazir söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью