Almaniya vətəndaşlığını almaq üçün şərtlər çətinləşdirildi

09.10.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya parlamentinin aşağı palatası əcnəbilərə vətəndaşlıq verilməsinin sürətləndirilməsi prosedurunun ləğvinin lehinə səs verib.

Oxu.Az bu barədə "Zeit" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, yeni qaydaya əsasən, Almaniya pasportunu almaq istəyən şəxslər ölkədə əvvəlki kimi üç il deyil, azı beş il yaşamalıdırlar.

Qeyd edək ki, sürətləndirilmiş vətəndaşlıq mexanizmi 2024-cü ilin iyun ayında, sabiq kansler Olaf Şolts hökuməti dövründə tətbiq edilmişdi. O zaman Almaniya vətəndaşlarının həyat yoldaşları və mühüm nailiyyətləri olan şəxslər bu prosedur vasitəsilə daha qısa müddətdə vətəndaşlıq əldə edə bilərdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью