Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl hökumət təyyarəsindəki texniki nasazlıq səbəbindən ABŞ-da qalıb. Bu barədə DPA agentliyi məlumat yayıb. Agentliyin mənbəyinin sözlərinə görə, təyyarədə gözlənilməz texniki problemlər yaranıb. Nəticədə, rəsmi şəxs gecəni Cənubi Karolina ştatının Spartanburq şəhərindəki oteldə keçirməli olub. Bildirilir ki, Eşvilldə keçirilən G20 maliyyə nazirlərinin toplantısından sonra siyasətçi BMW-nin istehsal zavoduna baş çəkərək müəssisənin istehsal imkanları ilə tanış olub.
XQ