Almaniya XİN: “Avropa və Ukrayna danışıqlar masasında olmalıdır”

13.02.2025

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

“Ukraynada ədalətli və davamlı sülh möhkəm transatlantik təhlükəsizliyin vacib şərtinə çevrilməlidir”

Ukraynadakı münaqişənin həlli üçün Avropa danışıqlar masası arxasında öz yerini tutmalı, Kiyev də sülh prosesinə daxil edilməlidir. AYNA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında baş tutan telefon danışığından sonra agentliyin saytında dərc olunan bəyanatda bildirib.

“Ukrayna və Avropa istənilən danışıqların bir hissəsi olmalıdır. Ukrayna möhkəm təhlükəsizlik təminatları ilə təmin edilməlidir”, - bəyanatda deyilir.

Qeyd olunub ki, “Ukraynada ədalətli və davamlı sülh möhkəm transatlantik təhlükəsizliyin vacib şərtinə çevrilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью