Almaniya XİN: BCM nin bağlanması Putinin xeyrinə olacaq

08.02.2025

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) bağlanması Rusiya Prezidenti Vladimir Putinin xeyrinə olacaq”. 

Sfera.az bildirir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok deyib.

“Məhkəmə indi öz işini davam etdirə bilməyəcəksə, bu, Putin üçün ən böyük sevinclərdən biri olacaq”, - deyə “RİA Novosti” Baerbokdan sitat gətirib. 

Bundan əlavə, nazir beynəlxalq hüququn və BCM-nin işinin dəstəklənməsinin Almaniyanın beynəlxalq təhlükəsizlik sahəsində ən yüksək prioritetlərindən biri olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar haqqında fərman imzalayıb. O, qurumun qanunsuz və əsassız hərəkətlərə yol verdiyini bildirib. 

Günay 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью