Almaniya XİN rəhbəri ABŞnin qərarını ALQIŞLADI

18.11.2024

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ-nin Ukraynanın Rusiyaya uzaqmənzilli ATACMS raketləri atmaq icazəsini alqışlayıb.

Sfera.az xəbər verir ki, o, bu barədə “RBB” radiosuna müsahibəsində deyib.

“Ukraynanın bəzi yaşayış məntəqələri Rusiya sərhədinə o qədər yaxındır ki, raket çox sürətlə vurduğu üçün hava hücumundan müdafiə sistemi kömək etmir. İndi isə hərbi buraxılış qurğularını məhv etmək imkanından danışırıq. Buna görə də ABŞ-nin icazəsi sayəsində mümkün olacaq Rusiya ərazisi boyunca uzaqmənzilli silahların istifadəsi çox vacibdir”,- Annalena Berbok qeyd edib. 

Firuzə Əliyeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью