Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful noyabrın 17-də Azərbaycana, noyabrın 18-də isə Ermənistana səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutschlandfunk” radiosu Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Vadefulun Bakıda keçirəcəyi görüşlərdə iyul ayında razılaşdırılmış strateji gündəliyin həyata keçirilməsi, Ermənistanla sülh prosesi və Rusiyanın Cənubi Qafqazdakı rolu əsas müzakirə mövzuları olacaq.
Almaniya XİN rəhbəri noyabrın 18-də Ermənistana yollanacaq. İrəvanda keçiriləcək danışıqlarda ölkənin Avropa İttifaqına yaxınlaşması və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələləri də müzakirə olunacaq.