Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın bir sıra şəhərlərində radikal sağçılara qarşı etiraz mitinqləri keçirilib.
APA xarici mediaya istinadən xəbər verir ki, “Sağa qarşı” devizi altında keçirilən mitinqlərin ən izdihamlısı Almaniya paytaxtında təşkil olunub.
Brandenburq qapılarının ətrafında keçirilən mitinqə 100 minədək nümayişçi qatılıb.
İştirakçılar sağ ekstremistlərə və Almaniya üçün Alternativ Partiyasına sərt etirazlarını səsləndiriblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.