Almaniyada 100dən çox aviareys ləğv EDİLDİ Yeni Çağ Media

05.01.2025

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyada əlverişsiz hava şəraitiylə əlaqədar 100-dən çox aviareys ləğv edilib.

Yenicag.az Bild-ə istinadən xəbər verir ki, bu gün Almaniyada şaxta olub, ölkənin bir çox bölgələrinə qar yağıb.

Yolların buz bağlaması səbəbindən onlarla qəza baş verib. Əlverişsiz hava şəraiti bir çox aeroportların, xüsusən Frankfurt aeroportunun işinə mənfi təsir göstərib. Bu gün Frankfurt aeroportunda planlaşdırılan 1090 aviareysdən 120-i ləğv olunub. Aeroportda eniş-uçuş zolaqlarının təmizlənməsinə ehtiyac yaranıb, görüş məsafəsi azalıb. Bütün bunlar da aeroportun imkanlarını məhdudlaşdırıb.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью