Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
2026 və 2027-ci ildə Almaniyada 52 min civarında şirkət müflis olacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Allianz Trade" sığorta şirkətinin Hamburq filialı məlumat yayıb.
Analitiklərin hesablamalarına görə sözügedən illərin hər birində təxmini 26 min şirkət fəaliyyətini dayandıracaq. Sonuncu dəfə belə acınacaqlı vəziyyət 2013-cü ildə baş vermişdi.
"Allianz Trade"in Almaniya üzrə baş direktoru Milo Boqarts şirkətlərin müflis olmalarını bir neçə amillə əlaqələndirib. Onlardan ən əsası Yaxın Şərqdəki münaqişə, ixtisaslı kadr çatışmazlığı, yüksək əməliyyat xərcləridir.
Boqartsın sözlərinə görə, zərbə daha çox fəaliyyətləri nəqliyyat, loqistika, turizm, hotel biznesi, maşınqayırma sahələri ilə bağlı olan şirkətlərə dəyir.
Qeyd edək ki, bu ilin ilk yarısında Almaniyada 12812 şirkət müflis olub ki, bu da ötən ilki göstərici ilə müqayisədə 6,7 faiz çoxdur.
L.Tağıyeva