Almaniyada 20 dən çox naməlum dron müşahidə edildi

01.02.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın Aşağı Saksoniya əyalətindəki İmmelmann hərbi aerodromu üzərində 20-dən çox dron müşahidə edilib.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Hadisə 11 dekabrda baş verib. Hərbçilərdən biri əvvəlcə iki PUA görüb və polisə məlumat verib. Lakin hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi aerodromun üzərində eyni vaxtda təxminən 23 PUA aşkar ediblər. Polis onların növünü, ölçüsünü və ya hündürlüyünü müəyyən edə bilməyib”, - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью