Almaniyada 450 məktəbə bomba təhdidi göndərilib

23.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Almaniya üzrə təxminən 450 məktəbin elektron poçt vasitəsilə bomba təhdidi aldığı bildirilib.Polis açıqlamalarında bu səhər çoxsaylı məktəblərin bomba təhdidi ehtiva edən elektron poçtlar aldığı vurğulayıb.

Frayburq polisi bildirib ki, polis təcili yardım qaynar xəttinə də məlumatlar daxil olub və mövcud məlumata görə, ölkə daxilində 450-dən çox məktəb təhdid xarakterli elektron poçtların hədəfi olub.

Məlumatda E-poçtların mövzu sətrinin "Səni ölüm gözləyir" yazıldığı və mesajlarda eyni mətnin olduğu vurğulanıb.

Türingiya əyalət polisi hadisə ilə bağlı cinayət törətməklə hədələmək və ictimai asayişi pozmaq şübhəsi ilə istintaq başlandığını, eyni zamanda məktəblərə mövcud şəraitdə təxliyə edilməməyi tövsiyə etdiyini açıqlayıb.

Buna baxmayaraq, bəzi məktəblərdən şagirdlərin ehtiyat tədbiri olaraq evlərinə göndərildiyi və sözügedən məktəblərə polis qruplarının göndərildiyi bildirilib.

Həmçinin Aşağı Saksoniya əyalətindəki məktəblərə qarşı çoxsaylı bomba təhdidlərinin edildiyi öyrənilib.

Səlahiyyətlilər təhdid e-poçtlarının mənbəyini müəyyən etmək üçün araşdırmaların davam etdiyini və məktəblərin oxşar təhdidlərlə qarşılaşdıqları təqdirdə polislə əlaqə saxlayıb şikayət etməli olduqlarını qeyd ediblər.

Danimarkanın DR xəbər agentliyi paytaxt Kopenhagen də daxil olmaqla, ölkənin bir çox şəhərindəki çoxsaylı məktəblərin elektron poçt vasitəsilə bomba təhdidləri aldığını bildirib.

Polis hadisə yerində araşdırmalarını davam etdirərkən, ictimaiyyətə sakit qalmağa çağırılıb.Funen polisi ərazidəki 30 məktəbə qarşı bomba təhdidləri edildiyi barədə məlumat paylaşaraq, narahatlığa heç bir səbəb olmadığını və təhdidlərin çox güman ki, əsassız olduğunu bildirib.

Kopenhagen polisi məktəbləri hədəf alan çoxsaylı bomba təhdidləri aldığını bildirib, lakin konkret rəqəmlər verməkdən imtina edib. Onlar həmçinin Kopenhagendəki xəstəxana və həbsxanaları hədəf alan təhdidlər aldığını bildiriblər.

DR həmçinin bomba təhdidi alan hər bir məktəbə polis qruplarının göndərildiyini qeyd edib.Bu arada, noyabr ayında İtaliya, Fransa və İrlandiyada məktəbləri hədəf alan bomba təhdidləri barədə məlumat verilib.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью