Almaniyada ağ kətan 1 milyon avroya satılır | Icma.az
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın Münhen şəhərində keçirilən “Ketterer Knust” hərrac evində amerikalı minimalist rəssam Robert Raymanın kətan tablosu 1 milyon avroya hərraca çıxarılıb.
Yeniavaz.com “The New York Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.
Məlumata görə, tablo sözün əsl mənasında heç nəyi təsvir etmir.
Qəzet xəbər verir ki, tablo rəssam Robert Raymanın “General 52x52” adlı əsəridir.
Rəsm 1970-ci ildə pambıq material üzərində ağ emaldan istifadə edilərək çəkilib. Əsərin ölçüsü 132,1x132,1 santimetrdir (52x52 düym).
Analitik rəssamlığın əsas fiquru kimi tanınan Robert Rayman ağ emaldan istifadə edərək rəng və teksturanın qarşılıqlı əlaqəsini tədqiq edən bir sıra əsərlər yaradıb.
Onun 1967-ci ildə istifadə etməyə başladığı bu texnika əsasən müxtəlif ölçülü fırçalarla boya çəkməyi əhatə edir.
Tam oxu
Xəbəri oxu