Almaniyada ağır yol nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub

18.11.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Berlin, 18 noyabr, AZƏRTAC

Almaniyanın Raynland-Pfalts əyalətində, Trier və Bitburq şəhərləri arasında magistralda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, yük və minik avtomobillərinin toqquşması 4 nəfərin ölümü ilə nəticələnib. Hadisə zamanı yük maşınının sürücüsü və minik avtomobilindəki üçnəfərlik ailənin bütün üzvləri, o cümlədən yeddi yaşlı uşaq həlak olub.

Hadisə ilə əlaqədar prokurorluq tərəfindən araşdırma aparılır. Qəza nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью