Almaniyada atışma nəticəsində 2 nəfər ölüb

08.01.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyada dişli təkər istehsalı müəssisəsinə silahlı hücum edilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hadisə  nəticəsində iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Məlumata görə, hadisə yerindən qaçan maskalı təcavüzkar polis tərəfindən yaxalanıb.  52 yaşlı şübhəlinin hücumun baş verdiyi şirkətdə işlədiyi bildirilib. 

Hadisə zamanı şirkətdə olan digər işçilər təxliyə edilib və ifadələri alınıb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью